AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Azərişıq”: Smart kart ödənişləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

“Azərişıq”: Smart kart ödənişləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Cəmiyyət
28 Fevral 2021, 19:15 647
"İnformasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış və abonentlər arasında çaşqınlıq yaradan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir".
 
APA-nın xəbərinə gərə, bu barədə "Azərişıq" ASC-nin yaydığı məlumatda qeyd edilib.
 
"Azərişıq" ASCistehlakçıları belə məlumatlara inanmamağa çağırıb: "Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vaxtda və yerdə rahatlıqla ödənişlərini apara bilərlər”.