• cümə, 19 Aprel, 15:43
  • Baku Bakı 25°C

"Azərişıq": Elektrik enerjisinin verilməsində problem yoxdur

08.12.16 14:35 1139
"Azərişıq": Elektrik enerjisinin verilməsində problem yoxdur
Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti abonentlərin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün 24 saat xidmət göstərir.
Bu barədə Trend-ə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Qurum rəsmisi bildirib ki, hava şəraiti ilə bağlı hələlik nə rayonlarda, nə paytaxtda, nə də Bakıətrafı ərazilərdə elektrik enerjisi təminatında ciddi problem yaranmayıb:"Bu gün səhər saatlarında bir neçə ərazidən elektrik enerjisi ilə bağlı fərdi müraciətlər olub ki, həmin problem də əməkdaşlarımız və texnikalarımız vasitəsilə aradan qaldırılıb. Hazırda Azərbaycan ərazisində elektrik enerjisinin verilməsində heç bir problem yoxdur".
banner

Oxşar Xəbərlər