• cümə axşamı, 18 aprel, 07:24
  • Baku Bakı 12°C

"Azərişiq”: Elektrik enerjisi təchizatında ölkə üzrə 27% məhdudiyyət tətbiq olunub

12.07.18 18:08 670
"Azərişiq”: Elektrik enerjisi təchizatında ölkə üzrə 27% məhdudiyyət tətbiq olunub
"Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginliklihavaelektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.

"APA-Economics”xəbər verir ki, bu barədə "Azərişıq” ASC-nin yaydığı məlumatda deyilir.

”Azərişiq” ASC öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin – Bakı Metrosu, Heydər Əliyev havalimanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar.

"Yaranmış narahatçılığa görə ”Azərişiq” ASC istehlakçılarından üzr istəyir", - deyə məlumatda vurğulanıb.
banner

Oxşar Xəbərlər