• cümə axşamı, 28 mart, 18:19
  • Baku Bakı 13°C

Azərin özü haqda yayılmış xəbərlərə münasibət bildirdi

11.06.13 11:12 2384
Azərin özü haqda yayılmış xəbərlərə münasibət bildirdi
Bu barədə APA-ya açıqlama verən müğənni qeyd edib ki, onun adından bəzi mətbuat vasitələri həqiqəti əks etdirməyən məlumatlar yayıb: “Mən Azərbaycan prezidenti İlham Əliyevin siyasətini dəstəkləyən bir sənətçiyəm. Mən Daxili Qoşunların zabiti kimi hər zaman dövlətə və dövlətçiliyə qarşı çıxan insanlarla mübarizə aparmışam və bundan sonra da aparacağam”.
Azərin həmçinin qeyd edib ki, həbsdə olan gənc fəal Zaur Qurbanlının anası ona zəng edərək övladının xəstə olduğunu və onun həbsdən azad edilməsi üçün yardım etməyimi xahiş edib: “Mən o gəncin anasını dinlədim. Həmçinin həmin gəncin xəstə olması ilə bağlı “facebook”da yayılan məlumatları da oxudum. Onun həbsinin motivi mənim diqqətimi çəkmədi. Lakin anlayıram ki, bu insan xəstədir və onun xəstəliyi ciddi xəstəlikdir. Mənim qardaşım da bu xəstəlikdən dünyasını dəyişib. Ona görə də bu insanın tezliklə həbsdən buraxılması arzularımı “facebook” səhifəmdə dilə gətirdim. Bəzi şəxslərin mənim insani duyğularımı siyasiləşdirərək haqqımda belə məlumatlar yaymasını qəbul etmirəm və bunu qərəzli hesab edirəm. Bir daha bəyan edirəm ki, mən vətənimi və dövlətimi sevən, ölkə başçısı İlham Əliyevin siyasətini dəstəkləyən bir sənətçiyəm. Həmin şəxslərə müraciət edərək bildirmək istəyirəm ki, lütfən mənim bu insani məsum duyğularımı başqa istiqamətə çəkməyə cəhd etməyin. Kimsə məni siyasi mahiyyətli məsələlərə alət etməyə cəsarət etməsin”.
banner

Oxşar Xəbərlər