• çərşənbə, 24 Aprel, 08:43
  • Baku Bakı 13°C

“Azeri Light”ın ucuzlaşmasının səbəbi nədir?

02.04.20 15:34 1892
“Azeri Light”ın ucuzlaşmasının səbəbi nədir?
Ekspert deyir ki, əsas səbəb yüngül neft təklifinin tələbi üstələməsidir

Hazırda dünya bazarında "Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 19,43 dollar təşkil edir. Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olmuşdu. "Brent” markalı Şimal dəniz neft qatışığının iyun fyuçerslərinin qiyməti 6,02% artaraq bir barel üçün 26,23 ABŞ dollarına çatıb.
WTI markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə bir barelə görə 4,87% artaraq 21,30 ABŞ dolları təşkil edib.
Bu günə kimi Azərbaycan nefti Brent markalı neftdən baha qiymətə satılıb. Hazırda isə Brent markalı neftin qiyməti daha bahadır. Bəs görəsən bunun səbəbləri nədir?

Enerji məsələləri üzrə ekspert İlham Şabansöylədi ki, bazarda həddən artıq yüngül neft təklifi olduğu üçün Azərbaycan neftinin qiyməti aşağı düşür: "Ceyhan limanına çıxarılan yüngül neft təklifinin həcmi qlobla neft bazarında xeyli artıb. Bunun əsas səbəbi isə Rusiyanın Novorosibirsk limanında tankerlərin sayının çoxalmasıdır. Bu liman vasitəsilə Rusiya öz neftini Aralıq dənizi ölkələrinə çıxarır. Çünki Rusiyanın özündə də neftə olan tələbat xeyli dərəcədə aşağı düşüb. Nəticədə neftayırma zavodlarına təklif edilən neftin həcmi normadan dəfələrlə çoxalıb. Bütün bunlar Azərbaycan neftinin qiymətini aşağı salan əsas səbəblərdəndir”.

Şəbnəm

banner

Oxşar Xəbərlər