“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
Azərbaycan neftinin qiyməti yenidən bahalaşıb.
AZƏRTACxəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,20 dollar artaraq 72,15 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.