“Azeri Light”ın bir barreli 55,04 dollara satılır
Azərbaycan neftinin qiyməti Milad bayramından sonra bahalaşıb.
AZƏRTACxəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar bahalaşaraq 55,04 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.