• cümə, 29 Mart, 17:35
  • Baku Bakı 14°C

Azəri Kalqari Ulduzları Disneylənddə - Fotolar

04.10.17 13:03 2846
Azəri Kalqari Ulduzları Disneylənddə - Fotolar
Azəri Kalqari Ulduzları (Azeri Calgary Stars) Kanadanın Kalqari şəhərində fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin nəzdində azərbaycanlı uşaqların rəqs qrupudur. Azəri Kalqari Ulduzları Kalqaridə müxtəlif tədbir və festivallarda aktiv iştirak etməklə Azərbaycan mədəniyyəti və musiqisini Kanadada tanıdırlar.

Azəri Kalqari Ulduzları qrupunun uzun seçimlərdən sonra ABŞ-ın Kaliforniya ştatında yerləşən Disneylənd əyləncə mərkəzinə çıxış etməyə hüquq qazanması ansamblın böyük uğurudur. Ansamblın çıxışı eyni zamanda Azərbaycan mədəniyyəti və musiqisinin hər gün minlərlə insanın ziyarət etdiyi Disneylənd əyləncə mərkəzində ilk təmsili kimi yadda qalıb. Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətindən "Kaspi”yə verilən məlumata görə, Azəri Kalqari Ulduzlarının çıxışı ziyarətçilər tərəfindən çox maraqla və alqışlarla qarşılanıb.




banner

Oxşar Xəbərlər