• cümə axşamı, 18 aprel, 05:19
  • Baku Bakı 15°C

"Azəri-Çıraq-Günəşli"dən indiyədək 485 milyon ton neft və 158 milyard kubmetr təbii qaz çıxarılıb

30.05.19 10:45 508
"Azəri-Çıraq-Günəşli"dən indiyədək 485 milyon ton neft və 158 milyard kubmetr təbii qaz çıxarılıb
İşlənmənin əvvəlindən bu vaxtadək Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 485 milyon ton neft hasil edilib.
AZƏRTACxəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov mayın 30-da Bakıda işə başlayan 26-cı Beynəlxalq "Xəzər Neft və Qaz” konfransında deyib.
Nazir qeyd edib ki, blokdan, həmçinin 158 milyard kubmetr təbii qaz çıxarılıb.
P.Şahbazov deyib ki, indiyədək AÇG yataqlar blokuna 36 milyard dollar sərmayə yatırılıb.
banner

Oxşar Xəbərlər