• şənbə, 20 Aprel, 17:15
  • Baku Bakı 23°C

"Azərenerji"dən Mingəçevirdəki elektrik stansiyasındakı nasazlıqla bağlı RƏSMİ AÇIQLAMA

29.06.19 14:51 4650
"Azərenerji"dən Mingəçevirdəki elektrik stansiyasındakı nasazlıqla bağlı RƏSMİ AÇIQLAMA
2019-cu il 29 iyun tarixində saat 11:35-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.
Azərenerji ASC-dən Trend-ə verilən məlumata görə, son zamanlar enerjisistemdə aparılan qabaqlayıcı tədbirlər nəticəsində baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınmışdır.
Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb.
Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb
banner

Oxşar Xəbərlər