• cümə axşamı, 25 aprel, 13:45
  • Baku Bakı 23°C

“Azərenerji” və “Azərişıq” Bakıda elektrik enerjisinin verilişindəki fasilə ilə bağlı birgə məlumat yaydı

07.10.20 12:51 726
“Azərenerji” və “Azərişıq” Bakıda elektrik enerjisinin verilişindəki fasilə ilə bağlı birgə məlumat yaydı
Bu gün saat 12.20-də Bakının Yasamal rayonun ərazisində elektrik enerjisinin verilişində 3 dəqiqəlik qısa fasilə yaranıb və 12.23-də enerji bərpa edilib.
"Azərenerji” və "Azərişıq”dan Trend-ə daxil olan birgə məlumata görə, bu SCADA dispetçer sistemində aparılan yenidənqurma əməliyyatı ilə bağlı olub. Narahatçılığa heç bir əsas yoxdur, enerji təminatı ən yüksək səviyyədədir.

Baş vermiş kiçik fasiləyə görə "Azərenerji” və "Azərişıq” səhmdar cəmiyyətləri abonetlərə üzrxahlıq edir.
banner

Oxşar Xəbərlər