• cümə, 29 Mart, 17:14
  • Baku Bakı 14°C

"Azərenerji": Qaz kəmərindəki qəza elektrik enerjisi istehsalında fasilə yaratmayıb

11.01.17 13:10 840
"Azərenerji": Qaz kəmərindəki qəza elektrik enerjisi istehsalında fasilə yaratmayıb
Dünən axşam saatlarında Səngəçal magistral qaz kəmərində baş vermiş qəza ilə əlaqədar "Azərenerji" ASC-nin Mərkəzi Dispetçer İdarəsi operativ tədbirlər görüb, nəticədə elektrik enerjisi istehsalında fasilə yaranmayıb və dayanıqlıq təmin edilib. Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirilib.
Onun sözlərinə görə, qaz təchizatında yaranan fasilə alternativ resurslardan istifadə zərurəti yaradıb: "Azərbaycan elektroenergetika sisteminin ən böyük generasiya gücünə malik stansiyası - Azərbaycan İES dərhal istehsal prosesində təbii qazdan mazut yanacağına keçib. İstehsal edilən elektrik enerjisinin 80%-i bu yanacaqdan alınıb".
banner

Oxşar Xəbərlər