Azercell-in prezidenti “İlin şirkət rəhbəri” seçildi
Ölkənin lider
mobil operatoru Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev
nüfuzlu beynəlxalq "The Business Year” dərgisi
tərəfindən "İlin şirkət rəhbəri” mükafatına layiq görülüb.
Vahid Mürsəliyev istehlakçıların məlumatlandırılması və maarifləndirilməsi, həmçinin
Azərbaycanda pərakəndə satış təcrübəsinin səviyyəsini yüksəltmək üçün innovativ
vasitə olan "Azercell Ekspress” Ofisin yaradılmasına görə bu mükafatla təltif
olundu. "İlin şirkət rəhbəri” mükafatı müxtəlif sahələrdə
böyük uğurlar əldə edən rəsmi şəxslərə, kommersiya və qeyri-hökumət
strukturlarına rəhbərlik edən şəxslərə təqdim olunur. Mükafatı Azercell-in rəhbərinə
AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənov 25 may tarixi, Four Seasons
otelində baş tutan təntənəli mərasimdə təqdim edib.
Dövlət və hökumət
rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyət nümayəndələrinin
iştirak etdiyi mükafatın təqdimat mərasimində çıxış edən Vahid MürsəliyevAzercell-in Azərbaycanda
telekommunikasiya sahəsinin inkişafında oynadığı roldan, gələcək perspektivlərdən
danışıb. Lider operatorun qeyri-neft sektorunda ölkəmizin ən iri vergi ödəyicisi
olduğunu bildirən şirkətin rəhbəri gələcəkdə də Azərbaycan iqtisadiyyatına töhfə
verəcəklərini söyləyib.Məlumat üçün bildirək ki,"The Business Year” dünyanın ayrı-ayrı bölgələrində iqtisadi prosesləri yaxından izləyən, onu peşəkar şəkildə işıqlandıran, təhlil edən və müsbət təcrübələri öz auditoriyası ilə bölüşən nüfuzlu nəşrdir.Jurnal bir çox ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. 2011-ci ildən Azərbaycan ilə yaxından əməkdaşlıq etməyə başlayan "The Business Year” nəşri ötən altı ildə ölkəmizə həsr etdiyi xüsusi buraxılışlarda Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı və onun ayrı-ayrı seqmentləri, sosial, mədəniyyət, idman və cəmiyyət həyatının digər sahələrini hərtərəfli əks etdirib.