• şənbə, 20 Aprel, 02:19
  • Baku Bakı 15°C

“Azərçay” və “Bizim Tarla” "Çay, çəltik, sitrus festivalı"nda - Fotolar

13.11.18 12:25 1399
“Azərçay” və “Bizim Tarla” "Çay, çəltik, sitrus festivalı"nda - Fotolar
"Azərsun Holdinq”ə məxsus markalar Lənkəranda "Çay, çəltik, sitrus festivalı"nda iştirak edib.
Hər iki markaya məxsus stendlər festival ziyarətçiləri tərəfindən böyük marağa səbəb oldular.

Azərbaycanın ixrac potensialının artırılması və yerli məhsullarımızın dünya bazarlarına çıxarılmasına böyük əhəmiyyət verən "Azərsun Holdinq” çayçılıq təsərrüfatını daha da inkişaf etdirmək, Azərbaycan çayının şöhrətini dünyaya yaymaq istiqamətində müxtəlif yerli və beynəlxalq layihələr reallaşdırır. Masallı, Lənkəran, Astara rayonlarında yerli fermerlərdən ən çox çay satın alan şirkət eyni zamanda özünə məxsus çay plantasiyalarının sahəsini ildən ilə daha da genişləndirir. Azərbaycanın ilk milli markası "Azərçay” markasının artıq dünyanın 40-a yaxın ölkəsinə ixracı həyata keçirilir.

Ən son texnologiyaların tətbiqi ilə yerli tam təbii məhsullardan hazırlanan "Bizim Tarla” markası yerli istehlakçıların sevimli seçiminə çevrilməklə bərabər ölkəmizin hüdudlarını aşaraq xarici bazarlarda da yerini möhkəmləndirib. "Bizim Tarla” məhsullarının əsas özəlliyi, onların ölkəmizdə yetişdirilən seçmə meyvə və tərəvəzlərdən hazırlanması, yüz faiz təbii, şəkərsiz və konsentratsız olmasıdır.





banner

Oxşar Xəbərlər