• cümə axşamı, 28 mart, 23:30
  • Baku Bakı 13°C

Azərbayсanda qaçqınlara əlavə himayənin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır

09.08.16 19:11 942
Azərbayсanda qaçqınlara əlavə himayənin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır
Bu gün Dövlət Miqrasiya Xidmətinin rəisiFirudin NəbiyevBirləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Furio De Angelisi qəbul edib.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, F. NəbiyevBMTQAK rəsmisini yeni təyinatı münasibətilə təbrik edib, Azərbaycanda miqrasiya prosesləri ilə bağlı mövcud vəziyyət haqqında məlumat verib.

Xidmət rəisi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyondan artıq insanın 20 ildən çox müddət ərzində qaçqın və məcburi köçkün həyatı yaşadığını,BMTTəhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra edilmədiyini diqqətə çatdırıb. F. NəbiyevBMTQAK-la əməkdaşlığın müxtəlif aspektlərinə toxunub, Azərbaycanda olan qaçqınların, eləcə də qaçqın statusu almaq üçün müraciət edən şəxslərin hüquqlarının müdafiəsi sahəsində atılan addımlar, həmçinin qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən birgə tədbirlər barədə danışıb. Eyni zamanda bu tədbirlərin məntiqi sonluğu kimi əlavə himayənin tətbiqi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsinə dair təkliflərin hazırlandığını diqqətə çatdırılıb. Vətəndaşsızlıq hallarının azaldılması istiqamətində də Dövlət Miqrasiya XidmətininBMTQAK-la əməkdaşlıq etdiyini bildirən F. Nəbiyev həyata keçirilən tədbirlər nəticəsində ölkədə sənədsiz yaşayan şəxslərin sayının əhəmiyyətli dərəcədə azaldığını bildirib.

BMTQAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri isə Dövlət Miqrasiya Xidmətinin təmsil etdiyi qurumun əsas tərəfdaşlarından biri olduğunu və əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. O, əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
banner

Oxşar Xəbərlər