• şənbə, 20 Aprel, 03:16
  • Baku Bakı 15°C

Azərbaycanlıların 60%-dən çoxu Aİ ilə əlaqələrin yaxşı olduğunu düşünür

17.06.20 12:37 508
Azərbaycanlıların 60%-dən çoxu Aİ ilə əlaqələrin yaxşı olduğunu düşünür
Azərbaycan əhalisinin yarıdan çoxu Avropa İttifaqı(Aİ) ilə əlaqələrin yaxşı olduğunu düşünür. Trend-in məlumatına görə, bu barədə 2020-cu il üzrə Aİ haqqında ictimai rəy sorğusunUN nəticələrində deyilir.
Qeyd olunur ki, Aİ tərəfindən maliyyələşdirilən "Aİ-nin Şərq Qonşuları" (EU NEIGHBOURS east) layihəsi tərəfindən altı Şərq Tərəfdaşlığı (ŞT) ölkəsində 2020-ci il üzrə ictimai rəy sorğusu həyata keçirilib.
Sorğu 2020-ci ilin fevral və mart ayları arasında (COVID-19 böhranından əvvəl) keçirilib (yerli qaydada) və hər ölkədən 1000 nəfərdən ibarət seçilmiş respondentlərlə üz-üzə müsahibələrə əsaslanır. İllik sorğular ilk dəfə 2016-cı ildə olmaqla, artıq beş ildir keçirilir. Altı Şərqi tərəfdaşlıq ölkəsi üzrə nəticələr milli hesabatlarda və regional icmallarda öz əksini tapır.
Sorğunun nəticələrinə əsasən, Azərbaycan vətəndaşlarının 44%-i Aİ haqqında müsbət təsəvvürə malikdir. Bu rəqəm 2016-cı il ilə müqayisədə 17% artıb. Əhalinin cəmi 9%-i Aİ haqqında mənfi təsəvvürə malikdir.
Azərbaycanlıların 30%-i Aİ-nin ölkəsinə etdiyi maliyyə dəstəyindən xəbərdardır, onların 76%-i bu dəstəyin səmərəli olduğunu düşünür.
Aİ haqqında məlumatlı olan azərbaycanlıların 69%-i Aİ ilə əlaqələrin yaxşı olduğunu düşünür.
Aİ ən çox etibar edilən xarici qurumdur və respondentlər arasında ona etibar edənlər 41% təşkil edir (2018-ci illə müqayisədə 13% yüksəlib).
banner

Oxşar Xəbərlər