• cümə axşamı, 25 aprel, 10:59
  • Baku Bakı 14°C

Azərbaycanlılar Qafqaz Albaniyasının hüquqi varisləridir

30.12.18 09:00 609
Azərbaycanlılar Qafqaz Albaniyasının hüquqi varisləridir
Azərbaycanda bu gün din sahəsinə çox böyük diqqət və qayğı var. Ölkəmizdə həyata keçirilən bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.
Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasında da əsas məqsəd ölkəmizdə tarixən mövcud olan yüksək mənəvi dəyərlərin qorunub saxlanması, eyni zamanda, dini fəaliyyət sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən "Cotari” Alban-Udi Kilsəsini ziyarət zamanı jurnalistlərə müsahibəsində deyib.
Rektor bildirib ki, institutun kollektivi ilk gündən qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün bütün gücü ilə çalışır. Bu məqsədlərdən biri də odur ki, tələbələr nəzəri biliklərlə yanaşı, praktiki biliklərə də yiyələnsinlər. Onlar Azərbaycanın müxtəlif bölgələrində tarixən mövcud olan abidələrlə yaxından tanış olsunlar. Qəbələnin Nic qəsəbəsinə bugünkü səfərin də əsas məqsədi tələbələri burada olan qədim tarixi abidələrlə tanış etməkdir.
Ceyhun Məmmədov deyib: "Ermənilər zaman-zaman alban mədəniyyətinə, Azərbaycanda olan alban tarixi abidələrinə sahib çıxmağa çalışıblar. Lakin hamıya yaxşı məlumdur ki, Qafqaz Albaniyasının hüquqi varisləri azərbaycanlılardır”.
İnstitutun rektoru belə tədbirlərin tələbələrin dünyagörüşlərinin zənginləşməsinə, dini və dünyəvi biliklərinin artmasına müsbət təsir göstərəcəyini bildirib.
banner

Oxşar Xəbərlər