• cümə, 19 Aprel, 00:07
  • Baku Bakı 18°C

Azərbaycanlılar ilk gündən xalqın sıralarında olub - Səfirlik

26.02.14 13:06 999
Azərbaycanlılar ilk gündən xalqın sıralarında olub - Səfirlik
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinin bəyanatında deyilir.
Səfirlik “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi” ictimai təşkilatının sədri Rövşən Tağıyevin bəyanatında Ukraynanın eks-prezidenti Viktor Yanukoviçi dəstəklədiyi, lakin sonradan mövqeyini dəyişdirdiyi barədə bir sıra Ukrayna xəbər portallarında getmiş yazılarla əlaqədar bildirib ki, Ukraynada fəaliyyət göstərən heç bir Azərbaycan diaspor təşkilatı 2013-cü ilin noyabr ayından başlayaraq bu günədək Kiyevin Müstəqillik Meydanında davam edən etiraz aksiyalarında xalqın tələbinə zidd olan bəyanatlar verməyib, hakimiyyət tərəfindən edilən zorakılığı dəstəkləməyib.
Səfirlik məsələ ilə bağlı müxtəlif xəbər portallarında gedən məlumatın həqiqəti əks etdirmədiyini və qərəzli xarakter daşıdığını bəyan edib: “Ukraynadakı Azərbaycan icmasının nümayəndələri meydan hərəkatının ilk günlərindən xalqın sıralarında olublar, Müstəqillik meydanında xəsarət alanların arasında Ukrayna vətəndaşları olan azərbaycanlılar da var”.
banner

Oxşar Xəbərlər