• cümə, 29 Mart, 12:25
  • Baku Bakı 14°C

Azərbaycanlılar ermənilərlə bir qrupda - Dünya kuboku

10.05.14 08:26 1372
Azərbaycanlılar ermənilərlə bir qrupda - Dünya kuboku
Azərbaycan Güləş Federasiyasının saytının verdiyi xəbərə görə, Yunan-Roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edəcək.
Artıq FİLA prezidenti Nenad Laloviç tərəfindən Dünya Kuboku yarışının püşkü atılıb. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparacaq. A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxstan komandaları qüvvələrini sınayacaq.
Qeyd edək ki, Dünya Kubokunda ölkəmizi təmsil edəcək komandanın heyəti yaxın günlərdə açıqlanacaq.
banner

Oxşar Xəbərlər