• cümə axşamı, 28 mart, 23:08
  • Baku Bakı 13°C

Azərbaycanlılar əlil arabasında 4000 metr hündürlükdən tullandılar

10.06.13 11:12 1682
Azərbaycanlılar əlil arabasında 4000 metr hündürlükdən tullandılar
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paralimpiyaçılar Kamal MəmmədovVüsalə Kərimova Moskva vilayətinin Kolomno şəhərində 4000 metr yüksəklikdə uçan təyyarədən paraşütla tullanıblar.
Rusiya Azərbaycanlı Gənclər Təşkilatının üzvü Dünya Dadaşova isə əlillərə dəstək üçün onlarla bərabər paraşütla tullanıb.
Daha sonra Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evində, Rusiya Azərbaycan Gənclər Təşkilatının (RAGT) nümayəndələri ilə azərbaycanlı paralimpiyaçılar arasında görüş keçirilib.
Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, birinci vitse-prezident Natiq Qasımov və RAGT-ın nümayəndəsi Emin Hacıyev iştirak ediblər.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən idmançılarımız gənclər təşkilatının üzvləri ilə öz təəssüratlarını bölüşüb, xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, paralimpiyaçılarımıza RAGT sədri Leyla Əliyeva tərəfindən pul mükafatı verilib.
banner

Oxşar Xəbərlər