• çərşənbə axşamı, 16 aprel, 08:57
  • Baku Bakı 14°C

Azərbaycanlılar Almaniyada mitinq keçirib

30.05.16 14:52 940
Azərbaycanlılar Almaniyada mitinq keçirib
28 May - Respublika Günü ilə əlaqədar Almaniyadakı Azərbaycan və Türk icmasının nümayəndələri Hannover şəhərində mitinq keçirib.

Diasporla İş üzrə Dövlət KomitəsindənAPA-ya verilən məlumata görə, şəhərin mərkəzi meydanı olan Opernplatzda baş tutan aksiyanın məqsədi eyni zamanda yerli ictimaiyyətin diqqətini bir daha Azərbaycan həqiqətlərinə yönəltmək olub.

Mitinqdə Azərbaycan, türk və alman dillərində "Ermənistan, Azərbaycandan rədd ol!”, "Xocalıya ədalət”, "Xocalını unutma!”, "Qarabağa azadlıq” və bu kimi şüarlar səsləndirilib, səsgücləndirici vasitəsilə almanca çıxış edən soydaşımız Etibar Qəniyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,Xocalısoyqırımı barədə məlumat verib.

E.Qəniyev XX əsrin ən dəhşətli faciələrindən biri olanXocalıqırğınının erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu şəhər sakinlərinin diqqətinə çatdırıb. O, faciənin soyqırımı kimi tanınması ilə bağlı Almaniya hökümətinə və parlamentinə soydaşlarımız adından ünvanlanan müraciəti də səsləndirib.

Aksiya iştirakçıları iyunun 2-də Almaniya Parlamentində qondarma erməni soyqırımına dair planlaşdırılan müzakirələrə də etiraz bəyanatı ilə çıxış ediblər. Mitinqdə həmçinin, iştirakçılara iyunun 7-də Berlin şəhərində Federal Kansler Aparatı qarşısında keçirilməsi planlaşdırılan sülh nümayişi barədə məlumat verilib və onlar aksiyaya qatılmağa dəvət olunub.

Nümayişdə Hannover, ətraf şəhər və rayonlar, o cümlədən Almaniyanın digər federal əyalətlərindən gəlmiş azərbaycanlı və türk icmasının nümayəndələri iştirak edib.

Təxminən saat yarım davam edən mitinq Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin "İstiqlal marşı”nın canlı ifası ilə başa çatıb.
banner

Oxşar Xəbərlər