• cümə, 29 Mart, 14:03
  • Baku Bakı 14°C

Azərbaycanlı zəvvarlar vətənə qayıdırlar

10.10.14 14:42 1185
Azərbaycanlı zəvvarlar vətənə qayıdırlar
Bu barədə APA-ya məlumat verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, oktyabrın 11-də zəvvarların ilk qrupu Bakıya dönəcək: “Oktyabrın 11-dən 15-nə kimi günlər ərzində bir neçə reys həyata keçiriləcək. Sabah gün ərzində dörd reys, oktyabrın 12-nə keçən gecə isə iki reys həyata keçiriləcək. Oktyabrın 15-də isə zəvvarların vətənə qayıdışı tamamilə başa çatacaq”.
R. Dadaşova bu il zəvvarların ölkəyə qayıdışını Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarələrin həyata keçirəcəyini də söyləyib: “Əvvəlki illərdə zəvvarların qayıdışı xarici şirkətlərə məxsus təyyarələr vasitəsi ilə həyata keçirilirdi. Lakin bu il Azərbaycan Hava Yollarına məxsus təyyarələr vasitəsi ilə bu proses həyata keçiriləcək”.
Qeyd edək ki, Azərbaycandan olan zəvvarların Həcc ziyarəti yalnız təyyarə ilə baş tutub. Suriyada baş verənlər və regionda İŞİD təhlükəsi ilə əlaqədar olaraq bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyiblər. Bu il Azərbaycandan Həcc ziyarətinə 4 minə yaxın zəvvar gedib.
banner

Oxşar Xəbərlər