• çərşənbə, 24 Aprel, 16:23
  • Baku Bakı 27°C

Azərbaycanlı zəvvarlar üçün Həcc qrafiki açıqlanıb

29.08.16 12:32 882
Azərbaycanlı zəvvarlar üçün Həcc qrafiki açıqlanıb
Azərbaycanlı zəvvarların Həcc ziyarəti qrafiki açıqlanıb və dönüş tarixində dəyişiklik edilib.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, zəvvarlar sentyabrın 2-dən etibarən hava limanı ilə Həccə yola düşməyə başlayacaq. Sentyabrın 4-nə qədər hər gün iki reys yola salınacaq.
Ziyarətdən qayıdış isə əvvəlcə nəzərdə tutulduğu kimi, sentyabrın 18-də yox, 19-da başlayacaq. Zəvvarların dönüşü ayın 20-si, 21-i və 22-də davam etdiriləcək.
banner

Oxşar Xəbərlər