• cümə axşamı, 18 aprel, 16:16
  • Baku Bakı 22°C

Azərbaycanlı YPX əməkdaşı Rusiyada bir ailəni yanğından xilas edib

22.10.17 19:51 2924
Azərbaycanlı YPX əməkdaşı Rusiyada bir ailəni yanğından xilas edib
Rusiya Yol-Patrul Xidmətinin (YPX) əməkdaşı, soydaşımız Baxış Kərimov Sverdlovsk vilayətində dörd uşağı yanğından xilas edib.
APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi yanğının Pervomaysk qəsəbəsində baş verdiyini açıqlayıb.
İşdən qayıdan YPX əməkdaşı yolunun üstündəki evdə yanğın başladığını görüb və yanğınsöndürənləri hadisə yerinə çağırıb. Yanğınsöndürənlər gələnədək Baxış Kərimov tüstü dolu evə girərək dörd uşağı və valideynlərini xilas edib.
Rusiya DİN-i Baxış Kərimovu mükafata təqdim edib.
banner

Oxşar Xəbərlər