Azərbaycanlı yazarın Amerikada kitabı çap olundu
Tanınmış yazar, rejissor,
prodüser Sevinc Səfərovanın "Günah” romanı "Sin” adı ilə Amerikada "Xlibris Publish”
kitab evi tərəfindən çap edilib.
Qeyd edək ki, Amerikada satışa çıxarılan "Sin” kitabına tanınmış detektiv yazar Çingiz Adullayev rəy bildirib. Bundan başqa dünyaca məşhur rejissor və ssenarist Ünal Küpeli "Sin” kitabına ön söz yazıb. Kitabın tərcüməsi isə Leyla Cəfərovaya məxsusdur. "Sin” kitabı iki cilddə bərk və yumşaq üzlükdə çap olunub.
Amerikada kitabı işıq üzü
görən yazar ilk olaraq təəssüratlarını bizimlə bölüşdü. Bildirdi ki, okeanın o
tayında, Amerikada kitab çap etmək heç də asan məsələ deyil.
Belə ki, orada
kitab çap edən hər bir yazar araşdırılır, onların öz ölkələrində olan nüfuzu
gözdən keçirilir və bütün bunlardan sonra yazara kitab çapı üçün icazə verilir: "Kitabın
mövzusuna bələd olduqdan sonra bir çox kitab evlərindən onu çat etdirilməsi
üçün dəvətlər gəldi. Bu dəvətlərdən birini dəyərləndirdim. Hər adam istədiyi zaman gəlib kitab çap edə
bilməz. Bunun üçün ilk növbədə kitabda yazılan əsərin mövzusu kreativ və
oxunaqlı olmalıdır. Kitabın çap müddəti bir neçə ay çəkdi. Çox şükür ki, indi artıq satışdadır. "Xlibris
Publish” kampaniyası artıq paylaşıb və
saytlarında da var”.
Böyük hədəflərinin olduğunu
deyən S.Səfərova məqsədlərinə doğru addım-addım irəlilədiyini də gizlətmir: "Qarşıma
məqsəd qoyuram və ona doğru gedirəm. Bundan sonra ikinci addımım o olacaq ki,
kitabı Avropayda, Türkiyədə yayımlayım. Bununla paralel film çəkilişlərinə
başlayacam. Kitabı burada çap etməkdə məqsədim odur ki, bu romanın ssenarisinə
uyğun tammetrajlı film çəkim. Əsas
hədəfim isə "Oscar” mükafatını Azərbaycana gətirməkdir”.