• şənbə, 20 Aprel, 11:22
  • Baku Bakı 14°C

Azərbaycanlı yazarın Amerikada kitabı çap olundu

11.01.18 12:30 1421
Azərbaycanlı yazarın Amerikada kitabı çap olundu
Tanınmış yazar, rejissor, prodüser Sevinc Səfərovanın "Günah” romanı "Sin” adı ilə Amerikada "Xlibris Publish” kitab evi tərəfindən çap edilib.
Amerikada kitabı işıq üzü görən yazar ilk olaraq təəssüratlarını bizimlə bölüşdü. Bildirdi ki, okeanın o tayında, Amerikada kitab çap etmək heç də asan məsələ deyil.
Belə ki, orada kitab çap edən hər bir yazar araşdırılır, onların öz ölkələrində olan nüfuzu gözdən keçirilir və bütün bunlardan sonra yazara kitab çapı üçün icazə verilir: "Kitabın mövzusuna bələd olduqdan sonra bir çox kitab evlərindən onu çat etdirilməsi üçün dəvətlər gəldi. Bu dəvətlərdən birini dəyərləndirdim. Hər adam istədiyi zaman gəlib kitab çap edə bilməz. Bunun üçün ilk növbədə kitabda yazılan əsərin mövzusu kreativ və oxunaqlı olmalıdır. Kitabın çap müddəti bir neçə ay çəkdi. Çox şükür ki, indi artıq satışdadır. "Xlibris Publish” kampaniyası artıq paylaşıb və saytlarında da var”.
Böyük hədəflərinin olduğunu deyən S.Səfərova məqsədlərinə doğru addım-addım irəlilədiyini də gizlətmir: "Qarşıma məqsəd qoyuram və ona doğru gedirəm. Bundan sonra ikinci addımım o olacaq ki, kitabı Avropayda, Türkiyədə yayımlayım. Bununla paralel film çəkilişlərinə başlayacam. Kitabı burada çap etməkdə məqsədim odur ki, bu romanın ssenarisinə uyğun tammetrajlı film çəkim. Əsas hədəfim isə "Oscar” mükafatını Azərbaycana gətirməkdir”.

Qeyd edək ki, Amerikada satışa çıxarılan "Sin” kitabına tanınmış detektiv yazar Çingiz Adullayev rəy bildirib. Bundan başqa dünyaca məşhur rejissor və ssenarist Ünal Küpeli "Sin” kitabına ön söz yazıb. Kitabın tərcüməsi isə Leyla Cəfərovaya məxsusdur. "Sin” kitabı iki cilddə bərk və yumşaq üzlükdə çap olunub.

banner

Oxşar Xəbərlər