• cümə, 19 Aprel, 12:16
  • Baku Bakı 25°C

Azərbaycanlı və Rusiyalı gənclərin III Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb

27.11.13 14:16 1169
Azərbaycanlı və Rusiyalı gənclərin III Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb
Bu gün Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznı şəhərində "Yeni nəsil: sərhədsiz məsuliyyət" lll Beynəlxalq Gənclər Forumu öz işinə start verib.
Gənclər və İdman Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, açılış mərasimində çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, gənclər və idman nazirinin müavini İntiqam Babayev forumun böyük əhəmiyyət daşıdığını bildirib: "Bu səpkili forumlar əməkdaşlığın daha sıx müzakirəsi və inkişafı istiqamətində böyük əhəmiyyət kəsb edir. Fikir mübadilələrinin aparıldığı bu forum yeni layihə və ideyaların gerçəkləşməsinə təkan verir".
Forumun keçirilməsində əsas məqsəd yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, mədəniyyətlərarası dialoqu dəstəkləmək, gənc nəslin regionun dinc və davamlı inkişafında, konfliktlərin həllində, məlumatın yaradılmasında və ötürülməsində məsuliyyətini artırmaqdır.
Noyabrın 28-dək tarixinədək davam edəcək "Yeni nəsil: sərhədsiz məsuliyyət" lll Beynəlxalq Gənclər Forumuna Azərbaycan 50 nəfərlik nümayəndə heyəti ilə qatılıb.
Qeyd edək ki, 2011-ci və 2012-ci illərdə "Yeni nəsil: sərhədsiz məsuliyyət" Beynəlxalq Gənclər Forumu (I və II) Bakı şəhərində keçirilib.
banner

Oxşar Xəbərlər