Azərbaycanlı uşaqların Qarabağ qazisi ilə videosu yayıldı
Vətənpərvər videolar hazırlamaqla Azərbaycanda məşhurlaşan
Turxan, Nərgiz, Camal Museyibovların növbəti layihəsi 9 noyabrAzərbaycan Dövlət BayrağıGününə həsr olunub. Onlar bu videoda
Qarabağ qazisi, 2015-ci ilin oktyabrında döyüş tapşırığı yerinə yetirərkən düşmənin
naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirmiş Kamil Musavi
ilə birlikdə çəkiliblər. Şəhidlər Xiyabanında çəkilən videoda Vətənə, bayrağa
sevgidən bəhs olunur. Sosial şəbəkədə paylaşılan video hər kəs tərəfindən
maraqla qarşılanıb.
Extreme Film LLC-nin layihəsi olan videonun idea
müəllifi Tural Müseyibov, rejissoru Emin Əhmədov, redaktoru Sevinc İsagəndərovadır.
Xatırladaq ki, Turxan, Nərgiz, Camal Museyibovlar keçmiş xəbər aparıcısı,
hazırda Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun
övladlarıdır.