• cümə, 29 Mart, 17:19
  • Baku Bakı 14°C

Azərbaycanlı tələbələr ABŞ-da festivalda iştirak ediblər

08.11.16 15:39 1026
Azərbaycanlı tələbələr ABŞ-da festivalda iştirak ediblər
Azərbaycanlı tələbələr ABŞ-ın Texas ştatında keçirilən "Brazos Vallery World” festivalında iştirak ediblər. Hər il ənənəvi olaraq keçirilən festival Texas ştatında yaşayan xalqların milli-mədəni irsini qorumaq və təbliğ etmək məqsədi daşıyır.
Yüzlərlə tələbənin qatıldığı sərgidə Azərbaycanı Texas A&M Universitetinin Azərbaycan Tələbələr Assosiasiyasının sədri Nural Muradlı, təşkilatın üzvləri Abbas Səməndov, Çimnaz Nadirli, Samir Hüseynov təmsil ediblər.
Tələbələr tərəfindən Azərbaycanın gözəl guşələrini əks etdirən şəkillər, milli geyimlər, broşürlər nümayiş olunub. Həmçinin, qonaqlara Azərbaycanın mədəni-tarixi abidələri, musiqisi və zəngin mətbəxi haqqında informasiyalar təqdim edilib.
Tələbələrin stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

banner

Oxşar Xəbərlər