Azərbaycanlı tələbədən erməni professora layiqli cavab - Fotolar
Azərbaycan Dillər
Universitetinin (ADU) Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültəsinin
tələbəsi olan Fatimə Şirəliyeva təhsil aldığı 2012-2016-cı illər ərzində həm dərslərində,
həm də universitetin ictimai həyatında aktivlik göstərən tələbələrdən olub. O,
ADU-da təhsil alarkən tələbə mübadiləsi proqramı haqqında məlumat əldə edib. Həmin
proqramda iştirak etmək huququ qazanan F.Şirəliyeva xaricdə təhsil almaq,
biliklərini təkmilləşdirmək məqsədi ilə 2014-2015-ci tədris ilində təhsilini
Polşanın Lodz Universitetində davam etdirib. Amma F.Şirəliyeva Polşadakı tələbəlik
həyatında xoşagəlməz hadisə ilə qarşılaşıb. Belə ki, Lodz Universitetinin erməni
professoru Krakovyan düşmənçilik mövqeyindən çıxış edərək azərbaycanlı olduğu və
Dağlıq Qarabağ mövzusuna müraciət etdiyi üçün F.Şirəliyevanı qəsdən imtahandan
kəsib.
Müəllim-tələbə münasibətlərinin düşmənçilik üzərində qurulmasının
yolverilməz olduğunu bildirən F.Şirəliyeva professordan bu yanaşmanı gözləmədiyini
söyləyib: "Əslində Krakovyan bizim fənn müəllimimiz deyildi. Öz müəllimimiz məzuniyyətdə
olduğundan bizim dərslərimizi tədris etmək ona tapşırılmışdı. O, mənim azərbaycanlı
olduğumu bildiyi andan etibarən mənə qarşı aqressivlik nümayiş etdirir, məni
digərlərindən seçir, düşmən münasibəti bəsləyirdi. Hətta Krakovyan telefonumu
stolun üstünə qoyduğuma görə mənə irad tutdu və düşmən mövqedən çıxış edərək mənə
dedi ki, siz azərbaycanlılar şöhrətpərəstliyi o qədər çox sevirsiniz ki,
telefonunu nümayiş etdirirsən. Təbii ki, onun bu sözlərini cavabsız
qoymadım. Bütün bunları gördükdən sonra
bu haqda anama dedim. Anam valideyn narahatlığı ilə hətta təhsilimi yarımçıq
qoyub geri qayıtmağımı məsləhət gördü. Amma mən haqqımı tələb edərək uğur
qazanacağımı bilirdim. Mən ilk Avropa Oyunlarında iştirak etmişəm. Biz ölkəmizdəki
idman yarışlarına qatılan erməni nümayəndələrinə həmişə yaxşı münasibət bəsləmişik.
Öz növbəmdə mən də müəllimimdən həmin münasibəti gözləyirdim, amma bunun əksini
gördüm. Dərslərdə iştirak etdikcə onun mənə qarşı digərlərindən fərqli və aqressiv
reaksiyalarını hiss edirdim. Bu münasibəti gördükcə mən də imtahan üçün
seçdiyim mövzunu dəyişərək Dağlıq Qarabağla bağlı mövzu ilə əvəzlədim. Dağlıq
Qarabağ haqqında danışanda türk tələbələr məni alqışladılar. O, mənim sözümü kəsdi
və qiymətimi özümə deyəcəyini bildirdi. İmtahan cavabları bəlli olanda nəticəmin
qənaətbəxş olmadığını gördüm və bununla bağlı universitetin dekanlığına müraciət
etdim. Dekanlıqdan mənə həmin müəllimin 15 illik fəaliyyətində hər hansı
haqsızlığa yol vermədiyini bildirdilər. Mən bununla kifayətlənmədim,
universitetin rektoruna və digər qurumlara müraciət etdim. Onlar məni dinləyərək
haqlı olduğumu bildilər və layiq olduğum qiyməti mənim imtahan nəticəmə əlavə
etdilər. Bununla yanaşı, ali təhsil müəssisəsinin rəhbərliyi həmin müəllimi
universitetdən kənarlaşdırdı. Məqsədim kimisə işsiz qoymaq və düşmənçilik
aparmaq deyildi, ancaq müəllimə yaraşmayan bu münasibət onun lazımi cəzanı
alması ilə nəticələndi”
Tarixə nəzər yetirsək, ermənilərin
daima azərbaycanlılara qarşı xəbis münasibətinin şahidi olarıq. Hər vəchlə
xalqımıza xainlik edən bu millətin nümayəndələri fitnəkar əməllərindən çəkinmək
bilmirlər. F.Şirəliyeva ilə erməni tələbə arasında yaşanan hadisə buna bariz
nümunə ola bilər. Tələbəmiz bildirir ki, yaşadığı yataqxananın qeydiyyat bölməsində
müxtəlif ölkələrin bayraqları yerləşdirilib. F.Şirəliyeva erməni tələbə tərəfindən
Azərbaycan və Ermənistan bayraqlarının yanaşı qoyulduğunu görüb. Bununla bağlı
iradını bildirən F.Şirəliyevaya erməni tələbə bunu məhz ona əsəb vermək üçün
etdiyini söyləyib.
F.Şirəliyeva Polşada tələbə
olarkən Azərbaycan diasporu ilə bərabər bir çox tədbirlər keçirdiklərini qeyd
edib. Xocalı soyqırımı ilə bağlı təşkil olunan paradda yaxından iştirak edən
F.Şirəliyeva Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində kiçik də
olsa rol oynamasının onun üçün sevindirici hal olduğunu vurğulayıb.