AZE | RUS | ENG |

Azərbaycanlı teleaparıcı yol qəzasında dünyasını dəyişdi

Azərbaycanlı teleaparıcı yol qəzasında dünyasını dəyişdi
Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib


Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata əsasən, ölümlə nəticələnən ağır yol qəzası bu gecə saat 01:00 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində baş verib. Belə ki, 1980-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Üzeyir Rəcəb oğlu Məmmədov idarə etdiyi «VAZ-2112» markalı, 22 BD 844 dövlət nömrə nişanlı avtomobillə rayonun Muğanlı kəndindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilini idarəetməni itirərək yol kənarındakı dəmir maneəyə çırpıb. Baş vermiş qəza nəticəsində avtomobilin sürücüsü Ü.Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Ü.Məmmədovun meyiti FHN-nin Zaqatala rayon YMH-nın yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə etməklə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, iki uşaq atası olan Ü.Məmmədov Zaqatala Xalq Teatrında aktyor işləyib və Şəki şəhərində fəaliyyət göstərən regional «Kanal-S» televiziyasında «Regionun virtuozu» verilişinin aparıcısı olub. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917