• cümə, 29 Mart, 13:44
  • Baku Bakı 14°C

Azərbaycanlı şair “Böyük qarın kəraməti” poeziya festivalında

19.10.17 16:30 3149
Azərbaycanlı şair “Böyük qarın kəraməti” poeziya festivalında
Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı, şair Əkbər Qoşalı oktyabrın 19-u Yakutiyada keçirilən "Böyük qarın kəraməti” beynəlxalq poeziya festivalında iştirak edir. Onun sözlərinə görə, poeziya bayramı çərçivəsində festivalda tanınmış yakut yazarlarla yanaşı, müxtəlif ölkələrdən olan yazarlar, ədəbiyyat nümayəndələri iştirak edirlər. Festivalın açılış mərasimi Yakutsk şəhərində yerləşən Şimal Şərqi Federal Universitetinin Mədəniyyət Mərkəzində keçiriləcək.
Festival günlərində tanınmış yakut yazarların və eləcə də digər ədəbiyyat nümayəndələrinin "Canlı avtoqraf” mərasimi təşkil ediləcək.
"Festivalda müəlliflərdən biri Rifat Salaxın olduğu və yakut dilində nəşr edilmiş "Müasir tatar poeziyası antologiyası” kitabı onun imzası ilə oxuculara təqdim ediləcək. Qeyd edim ki, Rifat Salax Bakıda DGTYB-nin təşkil etdiyi gənc yazarların görüşlərində iştirak edib. Festival çərçivəsində oktyabrın 20-i poeziya axşamının keçirilməsi nəzərdə tutulur. İnanıram ki, bu cür mədəni, ədəbi tədbirlər ədəbi sahədə Azərbaycan və Yakutiya əlaqələrinin daha da canlanmasına öz töhfəsini verəcək.”
Qeyd edək ki, festivalın digər qonaqları Udmurtiyanın xalq yazıçısı Vyaçeslav Arserqi, Sloveniyanın tanınmış şairi Andrey Xoçevar, "Literaturnaya qazeta” mətbu orqanında "Rusiyanın çoxdilli lirikası" ("Многоязыкая лира России”) layihəsinin şef-redaktoru Anastasiya Yermakova, hərbi münaqişələr sahəsində Novorusiyada ədəbi desantların təşkilatçısı, şair Aleksey Polubota və başqalarıdır.
banner

Oxşar Xəbərlər