• şənbə, 20 Aprel, 09:27
  • Baku Bakı 14°C

Azərbaycanlı rəssamın əsəri beynəlxalq sərgidə

04.08.14 10:43 1425
Azərbaycanlı rəssamın əsəri beynəlxalq sərgidə
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, avqustun 9-dan sentyabrın 6-dək Portuqaliyanın Portu şəhərində “Vieira Portuense” qalereyasında keçiriləcək sərgidə rəssamın “Mirriad” adlı əsəri təqdim olunacaq.
Nazirlikdən bildiriblər ki, sərgiyə 28 ölkənin təmsilçiləri qatılacaqlar. Sərgidə rəsm əsərlərindən başqa foto, heykəltəraşlıq və rəqəmsal yaradıcılıq nümunələri də nümayiş olunacaq.
Qeyd edək ki, rəssam M. Əfəndi bu layihəyə 2010-cu ildə Bissaya Barreto Fondunun sponsorluğu və layihənin rəhbəri, məşhur Portuqaliya rəssamı Santyaqo Riberonun xüsusi dəvəti ilə qatılıb. Layihənin məqsədi Salvador Dalidən sonra müasir dövrdə yaşayıb-yaradan professional sürrealistləri bir araya gətirmək və onları dünyada tanıtmaqdır.
banner

Oxşar Xəbərlər