AZE | RUS | ENG |

Azərbaycanlı rəssam Türkiyədə master-klass keçib

Azərbaycanlı rəssam Türkiyədə master-klass keçib
Azərbaycanın tanınmış rəssamı Günay Mehdizadə Türkiyədə master-klass keçərək, özünün rəsm texnikasından danışıb. Kaspi.az xəbər verir ki, G.Mehdizadənin master-klassı Bursadakı Merinos Atatürk Konqres və Mədəniyyət Mərkəzində reallaşıb.
Tədbirin təşkilatçıları Bursa Mədəniyyət, İncəsənət və Turizm Vəqfi və Beynəlxalq Qadın Sənətçilər Dərnəyinin Bursa şöbəsidir. Tədbirdə G.Mehdizadə deyib: "Mən Azərbaycanın əməkdar rəssamı Bəyimxanım Hacızadədən 5 il dərs almışam. O illərdə öz texnikamı formalaşdırmaq üçün böyük təcrübə yığdım və buna görə Bəyimxanım xanıma minnətdaram. Yadımdadı, o, mənə "Əgər öz ölkəndə və dünyada tanınmaq istəyirsənsə, öz milliliyini göstər" demişdi. Mən də milliliyi miniatürlərimizlə əks etdirməyi qərara aldım”. G.Mehdizadə Bəyimxanım Hacızadəni xatırlayaraq bunları qeyd edib: "Bir gün mənə "Daha gəlmə, əgər öz rəsm texnikanı formalaşdırmağı bacarsan, o zaman gəl" dedi. Depressiyaya düşdüm. Lakin sonra miniatürlərimizi araşdırmağa başladım. Bir neçə ay sonra yeni əsərlərimlə onun yanına getdim. Onlara baxdı və razı qaldı. Dedi ki, sən düz yoldasan".
Qeyd edək ki, azərbaycanlı rəssamın Mustafa Kamal Atatürkə həsr etdiyi portret Türkiyənin sərvəti kimi Ankarada Atatürkün ev muzeyində sərgilənir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9398
GEL 1 1 Gürcüstan larisi 0.6373
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1857
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1895
CHF 1 1 İsveçrə frankı 1.7208
KWD 1 1 Küveyt dinarı 5.6107
TRY 1 1 Türkiyə lirəsi 0.3119