• çərşənbə axşamı, 19 mart, 07:01
  • Baku Bakı 8°C

Azərbaycanlı rəssam beynəlxalq forumda ölkəmizi təmsil edib

23.04.18 14:00 765
Azərbaycanlı rəssam beynəlxalq forumda ölkəmizi təmsil edib
Azərbaycanlı rəssam, türk dünyasının simvoluna çevrilmiş qardaşlıq rəssamı kimi tanınan, iki ölkənin mədəni əlaqələrinin inkişafı sahəsində öz möhtəşəm və orijinal ideyaları ilə əks-səda doğurmağı bacaran xanım rəssam Günay Mehdizadənin səsi bu dəfə Rusiya Federasiyasından gəldi.
Günay Mehdizadəni hər kəs möhtəşəm tarixi rəsm əsərləri, Atatürkün, ulu öndər Heydər Əliyevin təkraraolunmaz portretlərinin müəllifi, eyni zamanda, müasir dövrümüzün miniatur sənət əsərlərinin ustadı kimi tanıyır.
İki əli ilə eyni anda rəsm çəkməyi bacaran Günay Mehdizadə bu dəfə UNESCO və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "İP QUORUM - Beynəlxalq, İntelektual, Strateji Forum” adlı Rusiya şəhərlərində keçirilən sil-silə tərbirlər proqramına dəvət alıb.
İki gün davam edən beynəlxalq foruma Rusiyanın Kallinqrad vilayətində start verilib. Forum çərçivəsində telefon və texnikanın inkişaf etdiyi bir zaman, incəsənətin və digər sahələrin inkişafdan geri qalması məsələsi müzakirə olunurdu. RF-nin önəmli iş adamlarının, millət vəkillərinin və ən önəmlisi intelektual beyin sahiblərinin bir arada toplanmasının da, əsas səbəbi bu inkişafdan geri qalmanın möhtəşəm ideyalarla fikir mübadiləsi idi.
Məhz "İP QUORUM - Beynəlxalq, İntellektual, Strateji Forumun”da istənilən rəsm əsərinin, lap elə Leonardo Davinçinin "Cakonda” əsəri 3D formatında canlı səyahət zonasına çevrilməsinin mümküniyyatının nümayişi deməkdir. Belə olan halda yaxın gələcəkdə Günay Mehdizadənin də, rəsm əsərlərini biz 3D formatında izləmək imkanına malik ola biləcəyik.
Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasının baş direktoru, Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri, cənab İsmayıl Məmmədkərimovun bu sahədə olan böyük əməyi isə danılmazdır. Bu cür möhtəşəm layihələrdə, öz vətənpərvərlik missiyasını milli-mənəvi dəyərlərə dayanaraq layiqincə yerinə yetirən cənab Məmmədkərimovun öz istedadlı soydaşlarımızın iştirakı üçün əlindən gələni əsirgəməməsi olduqca təqdirə layiqdir. Məhz cənab Məmmədkərimovun uzaqgörənliyi sayəsində Rusiya istedadlı Azərbaycanlı xanım rəssam Günay Mehdizadənin parlaq fikirləri və ideyaları ilə tanış olmaq şansına malik olmuş oldu.
MDB ölkələrinin böyük istedadlarının və parlaq, müasir fikirli insanları arasında Azərbaycanın da Günay Mehdizadə timsalında layiqincə təmsil olunması Azərbaycan və ümumiyyətlə Türk dünyası adına böyük bir uğurdur.
Xatırladaq ki, Günay Mehdizadə "VOİCEPRESS ACADEMY"-nin Mədəniyyət departamentinin sədridir.
banner

Oxşar Xəbərlər