• cümə axşamı, 28 mart, 15:09
  • Baku Bakı 16°C

Azərbaycanlı rəqqasə: “Anam, atam məni sildilər“

10.12.13 18:22 2134
Azərbaycanlı rəqqasə: “Anam, atam məni sildilər“
Rəqqasə Aytən publika.az-a açıqlamalar verib. Oriental rəqsdə rəqib tanımayan Aytən səhnə geyimlərindən ağızdolusu danışıb:
“Hamı bilir ki, mən geyimi sevirəm. Atam ticarətçi olduğundan uşaq vaxtlarımdan zövqlü geyinmişəm. İstədiyim məbləği geyimlərimə ayırıram. Rəqs paltarlarımdan təkcə məndə var. Heç kəsdə ola bilməz”.
Rəqqasə sayt vasitəsi ilə həmkarlarına da səsləndi:
“Əgər rəqs paltarlarımdan istəsələr, mənə müracit edə bilərlər. Evdə satılası rəqs paltarlarım var. Belə baxanda paltarlarım mənim çörək ağacımdır. Ondan pul qazanıram. Köhnə paltarlarımı satmaq istəyirəm. Amma bizim rəqqasələrin bu paltarları almağa pulu belə yoxdur. Qınamıram əslində.
Ən bahalı geyimimin 5 min manat qiyməti var. Bayaq geyindiyim qırmızı libas 2 min avro, digəri isə 3 min avroyadır. Geyimlərimi Asenanın modelyeri Səmi bəy hazırlayır. Əvvəllər Asenanın geyim modellərini oğurlayırdım. İndi Asena mənim Yeni il libaslarımı götürüb. Yeni il üçün iki libas sifariş vermişəm”.
Rəqqasə həmçinin sinəsi dollar və avroyla dolu olan fotosunun yayılmasından da danışdı: “Həmin gün bir məclisdən çıxırdıq. O fotonu prodüserim çəkib paylaşdı. Sinəmdə 8 min dollar vardı. Hamısı da rəqs paltarlarıma getdi”.
Oriyental rəqslə məşğul olan qadının kişi xarakterinin olmasının vacibliyini dönə-dönə qeyd edən rəqqasə bu rəqsin bəlli olmayan məqamlarından danışdı:
“Hamı oriental rəqslə məşğul olmağa qorxur, çəkinir. O paltarı hər qadın cürət edib geyinə bilməz. Həmin qadın kişi xarakterinə sahib olmalıdır. Mən əsəbi qadınam. Məclislərdə özümü elə aparıram ki, cürət edib mənə əksik heç nə deyə bilmirlər”.
“Oriyental rəqsi Fatimənin anası qəbul etdi. Hər zaman onun yanında oldu. Dəstək verdi. Amma mənim bu kimi imkanım olmadı. Ailəmdə elə insanlar var ki, 15 ildir üzümü görmürlər. Məni sərbəst buraxdılar, amma yanımda olmadılar. Mən səhnəyə çıxanda yoldaşım yanımda oldu. Anam, atam məndən imtina etdilər, rəqsə görə məni sildilər”.
Son zamanlar şou-biznesdə biznes-ledilərin sayının artmasına rəqqasə də münasibət bildirdi:
“Şou-biznesdə bir biznes-ledi varsa, o da Ruhi xanımdır. Başqasını mən tanımıram. Biznes-ledinin ay ərzində ən azı 20-30 min manat gəliri olmalıdır”.
banner

Oxşar Xəbərlər