• cümə, 26 Aprel, 01:19
  • Baku Bakı 16°C

Azərbaycanlı pianoçunun adına beynəlxalq müsabiqə - Fransada

09.06.14 13:28 1329
Azərbaycanlı pianoçunun adına beynəlxalq müsabiqə - Fransada
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər iki ildən bir Fransanın Qayar şəhərində keçirilən müsabiqə Fransa hökuməti və müxtəlif sponsorların dəstəyi ilə baş tutub. Müsabiqədə ABŞ, Avropa ölkələri, Braziliya, Yaponiya, Cənubi Koreya, Çin və digər ölkələrin musiqiçiləri təmsil olunub.
Adilə Əliyevanın rəhbərliyi ilə tanınmış musiqiçilərdən ibarət münsiflər heyəti 255 səs yazısı arasından 36 nəfəri seçərək yarımfinal və finalda iştirak etmək üçün Qayara dəvət edib.
Adilə Əliyeva adına pianoçuların 9-cu Beynəlxalq müsabiqəsinin qalibləri bir çox tanınmış müsabiqələrin laureatlarıdır. Müsabiqənin laureat və diplomantları Fransa, Almaniya, Rusiya, İngiltərə, həmçinin Azərbaycanın istedadlı pianoçuları olub.
Yekun konsertdə şəhərin meri, Fransa parlamentinin deputatları, Azərbaycan səfirliyinin və diasporunun nümayəndələri iştirak edib. Müsabiqə Fransa, İsveçrə, Rusiya mətbuatında geniş işıqlandırılıb.
Qeyd edək ki, Azərbaycanın əməkdar artisti, istedadlı pianoçu Adilə Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Hazırda Fransada yaşayan musiqiçi Bakı şəhərində dünyaya gəlib, sonradan Moskvaya köçərək orada Çaykovski adına Moskva Konservatoriyasını bitirib.
banner

Oxşar Xəbərlər