• şənbə, 20 Aprel, 10:35
  • Baku Bakı 14°C

Azərbaycanlı mütəxəssislər “Aşqabad-2017”də yüksək peşəkarlıqları ilə seçilirlər

17.09.17 15:00 1414
Azərbaycanlı mütəxəssislər “Aşqabad-2017”də yüksək peşəkarlıqları ilə seçilirlər
"Aşqabad-2017”nin hazırlıq prosesində güclü komanda çalışıb. Azərbaycanlı mütəxəssislərin peşəkarlığı isə yüksək səviyyədədir.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Aşqabadda keçirilən qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının açılış və bağlanış mərasimlərinin kreativ direktoru Fransisko Neqrin deyib.
Azərbaycanlı mütəxəssislərlə əməkdaşlıqdan çox məmnun olduğunu söyləyən F.Neqrin bildirib ki, onlar öz peşəkarlıqları, dünya görüşləri və kreativ ideyaları ilə digərlərindən fərqlənirlər. "Azərbaycan irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Həmin mütəxəssislər Bakıda təşkil olunan ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında böyük təcrübə keçiblər. İrimiqyaslı idman tədbirlərinin təşkilində digər ölkələrin azərbaycanlı mütəxəssislərə müraciət etməsi çox sevindiricidir,- deyə Fransisko Neqrin vurğulayıb.
banner

Oxşar Xəbərlər