AZE | RUS | ENG |


Azərbaycanlı musiqiçi Rusiya Böyük Teatrında çıxış edəcək

Azərbaycanlı musiqiçi Rusiya Böyük Teatrında çıxış edəcək
Fevralın 22-də Rusiya Böyük Teatrında Pyotr Çaykovskinin "İolanta” operası nümayiş etdiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Mavritaniya həkimi İbn Hakia obrazını Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov canlandıracaq. Opera müğənnisi martın 23-də isə Rusiya Böyük Teatrında Cüzeppe Verdinin "Don Karlos” əsərində Rodriqonun partiyasını ifa edəcək.
Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin "İolanta” və "Qaratoxmaq qadın”, Sergey Prokofyevin "Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun "Çar gəlini”, Jorj Bizenin "Karmen”, Modest Musorqskinin "Boris Qodunov”, Cüzeppe Verdinin "Traviata”, "Don Karlos”, Aleksandr Borodinin "Knyaz İqor” operalarında, İohan Ştrausun "Yarasa” operettasında yaddaqalan obrazlar yaradıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6539
GBP 1 İngilis funt sterlinqi 2.2653
TRY 1 Türk lirəsi 0.4424
KWD 1 Küveyt dinarı 5.6250
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 1.9983
CHF 1 İsveçrə frankı 1.7166
USD 1 ABŞ dolları 1.7001