• cümə, 29 Mart, 19:56
  • Baku Bakı 14°C

Azərbaycanlı müğənni Batumidə bizneslə məşğuldur

22.05.14 13:27 1046
Azərbaycanlı müğənni Batumidə bizneslə məşğuldur
Müğənni Yaşar Cəlilov bir neçə gündür ki, Bakıdan kənardadır. O, Gürcüstanın Batumi şəhərinə yollanıb.
Müğənni Kaspi.az-a açıqlamasında qonşu ölkəyə getməyinin səbəbini açıqladı: “Gürcüstana gəlməyimin səbəbi biznes məsələləri ilə bağlıdır. Üç gündür Batumidə bu barədə danışıqlar gedir. Biznesin hansı sahədə olmasını hələlik sirr saxlayıram. Təkcə onu deyə bilərəm ki, bu, Batumi şəhərini əhatə edəcək. Yəqin ki, bundan sonra bu şəhər də mənə doğma olacaq”.
Y.Cəlilov yaxın günlərdə Vətənə dönəcəyini bildirdi. O, dinləyicilərə və tamaşaçılara bir müddətdir uzərində işlədiyi layihəsini də təqdim edəcəyini dedi.
banner

Oxşar Xəbərlər