• cümə axşamı, 18 aprel, 23:13
  • Baku Bakı 21°C

Azərbaycanlı modelyer Norveçliləri geyindirir

06.08.13 12:47 1730
Azərbaycanlı modelyer Norveçliləri geyindirir
Norveçdə yaşayan Güney Azərbaycanlı modelyer Şervin Nəcəfpur, Norveç Dünya Gözəl Finalisti İda Myhrvold-a final əlbisəsi hazırlıyır.
Projeyə aylar öncə start verilən kolleksiyada Brilliant, Buz, Su və Dalga konsepti həyata keçirməyi düşünən modelyer hazırda İstanbulda son tamamlanma işlərini aparır. Modelyer bizə bu geyimləri hazırlamaq üçün İstanbulda ilhamlandığını qeyd edərək onları məhz buna görə burada hazırlamağı düşündüyünü deyir.
Qeyd edək ki, azəri qızının hazırladığı geyimlər Sentyabrın 28-də Norveç Dünya Gözəli Final gecəsində ilk dəfə tamaşaçılara nümayiş etdiriləcək. Layihə haqqında kaspi.az-a məlumat verən Şervin fikirlərini bizimlə bölüşdü: “İda Myhrvoldla iş görmək çox zövq vericidir, çünki səmimi və simpatik bir qızdır. Ümid edirəm ki, Norveçi Dünya Gözəl yarışmasında təmsil edə bilsin. Ayrıca Sentabrın 28 Norveç Dünya Gözəl Final gecəsinin qalibi olursa, məndə tasarmcısı olaraq mən də mükafatlanacağam. İda ilə başqa gözəl layihələrdə hazırlayırıq, final gecəsinə qədər ünlü fotoqrafçı Rolf-Orjan Hogset-lə çəkilişlərimiz olacaq, finaldan sonra Norveçin məşhur jurnalı üçün ayrıca gözəl bir çəkilişlərimiz olacaq. Ayrıca Norveç və Hindistan arasında yeni çəkilən Bollywood filmi üçün Araz çayından ilham aldığım ipək geyimləri rəqs səhnəsində göstəriləcək”
banner

Oxşar Xəbərlər