AZE | RUS | ENG |


Azərbaycanlı milyarder Trampın qələbəsindən sonra 1,8 mlrd. dollar varlanıb

Azərbaycanlı milyarder Trampın qələbəsindən sonra 1,8 mlrd. dollar varlanıb
ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbə qazanmasından sonra Rusiyanın ən zəngin insanları 29 mlrd. dollar varlanıb.
 
"APA-Economics" "Forbes" jurnalına istinadən xəbər verir ki, ABŞ-dakı prezident seçkilərindən sonra ən çox Gennadi Timçenko qazanc əldə edib. Ştatların yeni prezidentinin adı açıqlandıqdan sonra milyarderin sahibi olduğu "Novatek" şirkətinin səhmləri 16% bahalaşıb. Hazırda G. Timçenkoya məxsus 23%-lik səhm paketinin dəyəri hazırda 1,8 mlrd. dollar təşkil edir. "Forbes" G. Timçenkonun sərvətini 15,1 mlrd. dollar həcmində dəyərləndirir.
 
Rusiyanın ən zəngin insanı olan Leonid Mixelson da "Novatek" şirkətinin səhmdarıdır. ABŞ-dakı seçkilərdən sonra bu şəxs 1,9 mlrd. dollar varlanıb. Hazırda onun sərvəti 18,2 mlrd. dollar təşkil edir.
 
"Polad maqnatları" olan Aleksey Mordaşov və Vladimir Lısin isə D. Tramp prezident seçildikdən sonra müvafiq olaraq 1,6 mlrd. və 1,4 mlrd. dollar varlanıb. Maraqlıdır ki, V. Lısinin sərvəti seçkilərdən sonrakı 3 gün ərzində 830 mln. dollar artıb.
 
D. Trampın qələbəsi "Lukoil" şirkətinin Azərbaycan əsilli prezidenti Vahid Ələkbərovu 1,8 mlrd. dollar varlandırıb. Onun uğurları neft bazarındakı radikal dəyişikliklərlə, konkret olaraq OPEC üzvləri və kartelə üzv olmayan ölkələr arasında neft hasilatının azaldılmasına dair əldə olunan razılaşma ilə əlaqədardır. "Forbes" yazır ki, həmin dövrdən etibarən "Lukoil" şirkətinin səhmləri 8% bahalaşıb. Ümumilikdə, 2016-cı il ərzində "Lukoil"in səhmləri 59% bahalaşma nümayiş etdirib.
 
Qeyd edək ki, D. Trampın qələbəsindən sonra rusiyalı milyarderlərin sərvəti 29 mlrd. dollar artıb.
 
Daha bir maraqlı məqam ondan ibarətdir ki, ABŞ-dakı prezident seçkilərindən sonra amerikalı milyarderlər sərvətini 2,8% artırdığı halda, rusiyalı milyarderlər 7,1% varlana bilib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7078
GBP 1 İngilis funt sterlinqi 2.2145
TRY 1 Türk lirəsi 0.4821
KWD 1 Küveyt dinarı 5.6303
SEK 1 İsveç kronu 0.2066
EUR 1 Avro 1.9856
CHF 1 İsveçrə frankı 1.7979
USD 1 ABŞ dolları 1.7012