• şənbə, 20 Aprel, 02:20
  • Baku Bakı 15°C

Azərbaycanlı kinematoqrafçılar Daşkənddə usta dərsləri keçib

29.09.19 17:43 683
Azərbaycanlı kinematoqrafçılar Daşkənddə usta dərsləri keçib
Özbəkistanda keçirilən Azərbaycan kinosu günləri çərçivəsində ölkəmizdən gələn kinemotoqrafçılar Daşkənd Dövlət Mədəniyyət və Sənət Universitetində usta dərsləri keçib.
AZƏRTACxəbər verir ki, Azərbaycanın Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi, Əməkdar mədəniyyət işçisi Almaz Sultanzadə ölkəmizin Özbəkistan kinematoqrafçıları ilə əlaqələrindən danışıb.
Şamil Əliyev gənc rejissorlara, Azərbaycanın Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev aktyorluq fakültəsinin tələbələrinə, Mirbala Səlimov isə operator olmağa hazırlaşan gənclərə bu sahələrin incəlikləri haqqında məlumat veriblər. Sonra onlar dünya kinosu bu gün, keçmiş sovet dövründə Azərbaycan-Özbəkistan kinematoqrafçılarının əlaqələri, bu gün əməkdaşlığın dirçəldilməsi istiqamətində aparılan işlər haqqında söhbət açıblar.
Xatırladırıq ki, Özbəkistanda başa çatan Azərbaycan kinosu günlərində Daşkənddə, Səmərqənddə və Almalık şəhərlərində yeddi bədii və sənədli film nümayiş etdirilib.

banner

Oxşar Xəbərlər