• cümə, 26 Aprel, 15:18
  • Baku Bakı 23°C

Azərbaycanlı jurnalistin Türkiyədə nəşr edilən məqaləsi Amerikada maraq doğurub

07.08.20 13:51 509
Azərbaycanlı jurnalistin Türkiyədə nəşr edilən məqaləsi Amerikada maraq doğurub
"Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist Namiq Əhmədovun mətbuatımızın dövlətçilik və türkcülük ənənələri haqqında Azərbaycan və Türkiəyə mətbuatında dərc edilən silsilə yazıları bu yaxınlarda 145 yaşı tamam olmuş milli jurnalistikamızın xalqımızın məfkurə axtarışı və istiqlal mübarizəsində önəmli iştirakını əks etdirən elmi araşdırma kimi hər iki ölkədə diqqəti cəlb etmişdir. Müəllifin Türkiyənin nüfuzlu ali məktəblərindən olan Egey Universitetinin "Egey Sosial Elmlər dərgisi”ndə (Ege Sosyal Bilimler Dergisi) həmin mövzuda dərc edilən məqaləsi isə Amerikada nəşr edilən "Beynəlxalq Avropa araşdırmaları jurnalı”ının (International Journal of European Studies) redaksiya heyətində maraq doğurmuşdur.
Jurnaldan Namiq Əhmədova göndərilən məktubda deyilir: "Hörmətli Namiq Əhmədov. Jurnalımızın redaksiya heyəti adından Sizi səmimi qəlbdən salamlayırıq. Egey Universitetinin "Egey Sosial Elmlər dərgisi”ndə (Ege Sosyal Bilimler Dergisi) dərc edilmiş "Azərbaycan mətbuatında Türkiyə və türkçülük mövzusu (Sovet hakimiyyətinin ilk illərində "Kommunist” qəzeti qaynaqlarına bir baxış)”-- "Azerbaycan basınında Türkiye ve türkçülük konusu (Sovyethâkimiyetinin ilk yıllarında "Kommünist” qazetesi kaynaklarına bir bakış)” sərlövhəli məqaləniz bizi çox maraqlandırdı. Zəngin tədqiqat təcrübəniz və mükəmməl akademik nailiyyətlərinizi nəzərə alaraq sizi jurnalımıza məqalələr yazmağa və redaksiya heyətinin üzvü və ya rəyçi kimi kollektivimizə qoşulmağa dəvət edirik. Akademik bilgilərinizi və bu sahədə zəngin təcrübənizi nəzərə alaraq İdarə Heyətimiz bu vəzifəyə uyğun bir namizəd ola biləcəyinizi düşünür. Ümid edirik ki, redaksiya heyəti üzvlərindən və ya rəyçilərdən biri kimi mövqeyiniz elmi tədqiqatların inkişafına kömək edəcəkdir.
Yaxşı xəbərlərinizi gözləyirik.
Dərin hörmətlə, "Beynəlxalq Avropa araşdırmaları jurnalı”nın redaktoru”
Xatırladaq ki, "Beynəlxalq Avropa araşdırmaları jurnalı” Amerikanın elmi ictimaiyyəti arasında populyar nəşr kimi tanınır. Bu məcmuə Avropa tədqiqatlarında cari araşdırmaların yer aldığı onlayn jurnaldır. Redaksiyası Nyu-Yorkda yerləşir. Ünvan: (Address: 1 Rockefeller Plaza, 10th and 11th Floors, New York, NY 10020 U.S.A.). Daha ətraflı məlumat üçün aşağıdakı linkə baxa bilərsiz: http://www.ijoes.org/submission/tl2Rz.
Tahir AYDINOĞLU
banner

Oxşar Xəbərlər