• cümə, 26 Aprel, 13:32
  • Baku Bakı 23°C

Azərbaycanlı jurnalist dünyasını dəyişdi

08.05.14 11:18 1137
Azərbaycanlı jurnalist dünyasını dəyişdi
Ötən ilin noyabr ayında yol qəzasında xəsarət alaraq komaya düşən jurnalist Sahib İslamov dünyasını dəyişib.
Jurnalistin qardaşının APA-ya verdiyi məlumata görə, Sahib İslamov bu gün səhər saatlarında xəstəxanada vəfat edib.
Xatırladaq ki, S. İslamov avropa.info agentliyinin əməkdaşı olub.
Qeyd edək ki, S. İslamov ötən ilin noyabr ayında dayanacaqda avtobus gözləyərkən avtomobil tərəfindən vurulub. Kliniki Tibbi Mərkəzdə uzun müddət koma vəziyyətində qalan S. İslamova qoyulan diaqnozun müalicəsinin olmadığı bildirilib. Bundan sonra jurnalist ailəsinin yaşadığı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına köçürülüb.
banner

Oxşar Xəbərlər