Azərbaycanlı jurnalist beynəlxalq simpoziumda məruzə etdi
Türkiyənin Nevşəhər vilayət mərkəzindəki Hacı
Bektaş Vəli Universitetində keçirilmiş Birinci Beynəlxalq İpəkyolu Akademik
Araşdırmalar Simpozyumunun iştirakçıları sırasında "Xalq qəzeti”nin əməkdaşı, Bakı Dövlət Unversitetinin
doktorantı, əməkdar jurnalist Namiq Əhmədov
da olmuşdur. Bakıdan getmiş tədqiqatçının "Azərbaycan mətbuatı:
15 iyul FETO hadisələrindən bir gün sonra” mövzusunda məruzəsini iştirakçılar böyük marala qarşılamışlar. Təşkilat Komitəsi İpək yolu üzərində önəmli
ölkələr olan Türkiyə ilə Azərbaycan arasındakı strateji münasibətlərin, tarixi
dostluq və qardaşlığın bir daha sınaqdan çıxmasına həsr olunmuş mövzunun
aktuallığını vurğulamış, soydaşımızın araşdırmasını Şərqdən Qərbə uzanan beynəlxalq
yolun təhlükəsizliyinin təmin edilməsinə medianın göstərdiyi həssaslıq və
informasiya dəstəyi baxımından faydalı
saymışdır.
Məruzədə
qeyd edilmişdir ki, 15 iyul 2016-cı il tarixində Türk
Silahlı Qüvvələri sıralarına sızmış Fətullahçı Terror Təşkilatının
(FETÖ) gerçəkləşdirməyə çalışdığı hərbi
çevriliş cəhdini türk millətinin demokratiyaya sədaqəti, konstitusiya
quruluşunu qorumaq uğrunda göstərdiyi böyük dəyanət məğlub etmiş və
bu mübarizədə media yönləndirici rol
oynamışdır. Araşdırmada daha sonra göstərilmişdir ki, böhranlı iyul gecəsində baş verənlərin Azərbaycan
mətbuatında, o çümlədən ölkənin gündəlik ictimai-siyasi nəşri olan "Xalq qəzeti”ndə operativ və geniş işıqlandırılması, obyektiv dəyərləndirilməsi araşdırmada mərkəzi
yer tutmuşdur. Məruzədə FETO hadisələrindən
sonrakı gün Azərbaycan mətbuatında qardaş Türkiyədə baş verənlərə və cevriliş cəhdinin
anatomiyasına əhatəli yer ayrmısının hansı obyektiv amillərlə şərtləndiyinə də aydınlıq gətirmişdir.
Dünyanın 14 ölkəsindən gəlmış 400-dək elm və siyasət adamının, media
təmsilçilərinin iştirak etdiyi konfrans
üç gün davam etmişdir.