• çərşənbə, 17 Aprel, 03:29
  • Baku Bakı 14°C

Azərbaycanlı iş adamının həbsinin səbəbi məlum oldu

17.12.13 14:05 1293
Azərbaycanlı iş adamının həbsinin səbəbi məlum oldu
Ebru Gündeşin həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrabın həbsinin səbəbi məlum olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Zərrab saxta sənədlər düzəltməkdə və şübhəli pul köçürmələrində ittiham olunur. Bundan başqa Zərrab türkiyəli nazir övladlarının vasitəsi ilə Türkiyə vətəndaşı olmayan vətəndaşlara rüşvət müqabilində vətəndaşlıq verilməsini həyata keçirirmiş.
Azərbaycanlı iş adamı Ekologiya və Şəhərsalma Nazirliyinin vasitəçiliyi ilə Fatih bələdiyyəsinin ərazisində qeyri-qanuni abadlıq və tikinti işlərinin həyata keçirdiyi də bildirilir.
Qeyd edək ki, İstanbul Prokurorluğunun səhər saatlarında başladığı əməliyyat zamanı aralarında bır sıra tanınmış iş adamlarının da olduğu 20-dən çox şəxs saxlanılıb. Onların arasında nazir övladları və məmurlar da var.
banner

Oxşar Xəbərlər