• cümə, 29 Mart, 09:41
  • Baku Bakı 5°C

Azərbaycanlı idmançı Türkiyə tarixinə düşdü

28.06.13 16:25 1771
Azərbaycanlı idmançı Türkiyə tarixinə düşdü
Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev Akdəniz Oyunlarında növbəti dəfə fəxri kürsüyə yüksəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasından imtina edən 24 yaşlı sprinter 200 m məsafəyə qaçışın ardından 100 m məsafədə də finiş xəttinə ikinci çatıb. O, 10,23 saniyə nəticə ilə yeni Türkiyə rekordu da müəyyənləşdirib.
Yarışın qalibi isə fransalı Emmanuel Biron (10,22) olub. İlk “üçlüyü” Mixael Tumi (İtaliya, 10,25) qapayıb.
Qeyd edək ki, indiyədək Türkiyə rekordu İzzət Səfərə məxsus olub. O, 10,37 saniyə ilə birinciliyi qoruyurdu.
banner

Oxşar Xəbərlər