• cümə, 29 Mart, 09:59
  • Baku Bakı 5°C

Azərbaycanlı hərbi həkimlər Türkiyədə təlim keçiblər

13.10.17 09:20 2224
Azərbaycanlı hərbi həkimlər Türkiyədə təlim keçiblər
Dost və müttəfiq ölkələr arasında imzalanan müqavilələr çərçivəsində Türkiyənin Sağlamlıq Elmləri Universitetinin hava və kosmik təbabət mərkəzi tərəfindən hərbiçilərə "Hava və kosmik tibb” mövzusunda təlimlər keçirilib.
AZƏRTACTürkiyə mətbuatına istinadla xəbər verir ki, bu təlimlər çərçivəsində Əskişəhər Yunus Əmrə Dövlət Xəstəxanasında Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrində çalışan üç həkimi hava və kosmos həkimliyi üzrə yüksək səviyyəli fizioloji təhsil kursunda iştirak edib.
Kurs çərçivəsində hərbi həkimlərimiz "Hipoksiya və hiperventilyasiya”, "Barotravmalar”, "Səs-küy və titrəyiş”, "Hərəkət xəstəliyi”, "Aviasiyada insan amilləri (HFACS)”, "Aviasiya psixologiyası” və s. mövzularda akademik təlimlərlə yanaşı, tətbiqi fizioloji təlimlərə də qatılıblar.
Kursun sonunda kursantlar tərəfindən Azərbaycanla bağlı təqdimat nümayiş olunub.
Sonda kursun dinləyicilərinə sertifikatlar təqdim edilib.
banner

Oxşar Xəbərlər