• cümə axşamı, 28 mart, 20:16
  • Baku Bakı 13°C

Azərbaycanlı hakimlər Avroliqanın oyunlarını idarə edəcəklər

27.06.13 13:20 1399
Azərbaycanlı hakimlər Avroliqanın oyunlarını idarə edəcəklər
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 11-də keçiriləcək iki qarşılaşmanı Azərbaycanı təmsil edən FIFA referiləri idarə edəcək.
Trend-in AFFA-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Dinamo" (Minsk, Belarus) - "Kruoja" (Litva) oyununu - Əliyar Ağayev, Vaqif Musayev, Namiq Hüseynov, Vüsal Əliyev briqadası, "Libertas" (San-Marino) - "Sarajevo" (Bosniya və Herseqovina) - Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Fariz Yusifov hakim briqadası idarə edəcək.
banner

Oxşar Xəbərlər